Tokioda keçirilən Yay Paralimpiya Oyunları başa çatıb.
Bizim.Media xəbər verir ki, Paralimpiya komandamız tarixinin ən yaxşı nəticəsini göstərərək medal sıralamasında ilk “10-luq”da qərarlaşıb.
MÖVZU İLƏ BAĞLI:
Milli Paralimpiya Komandamız Tokio 2020-də 19 medal QAZANDI
Sonuncu gündə İtaliya daha bir qızıl medal qazanıb və yalnız gümüş sayına görə ölkəmizi qabaqlayıb.
Beləliklə, Azərbaycan yarışı 14 qızıl, 1 gümüş və 4 bürünc medalla 10-cu sırada bitirməli olub.
Bu nəticə ilə Azərbaycan meydan sahibi Yaponiya, Almaniya, İran, Fransa, İspaniya kimi ölkələri qabaqlaya bilib.
İlk sıranı 207 medal (96-60-51) qazanan Çin tutub. Böyük Britaniya 124 medalla (41-38-45) ikinci, ABŞ 104 medalla (37-36-31) üçüncü olub. Qonşu Rusiya 118 medal qazansa da, yalnız dördüncü ola bilib (36-33-49). Qardaş Türkiyə paralimpiyaçıları 42-ci olub (2-4-9).
Xatırladaq ki, növbəti Paralimpiya Oyunları üç il sonra – 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək.
Bizim.Media