DÇ-2022: Azərbaycan millisi İrlandiyanın qonağı olacaq

DÇ-2022: Azərbaycan millisi İrlandiyanın qonağı olacaq

Hazırda oxunan: DÇ-2022: Azərbaycan millisi İrlandiyanın qonağı olacaq

0:00
0:00
35488

Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 4-cü sınağında İrlandiyanın qonağı olacaq.

Dublin şəhərindəki "Aviva" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edəcək. Ona yan xətt hakimləri Benjamen Pejes və Ervan Finjan köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Mikael Lezaj yerinə yetirəcək. VAR sisteminə qadın referi Stefani Frappar nəzarət edəcək.

Qarşılaşma öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. Meydan sahiblərində Dara O Şi və Natan Kollinz zədə səbəbindən matçı buraxacaq.
 

Qeyd edək ki, 3 oyundan sonra xalı olmayan İrlandiya və Azərbaycan yığmaları 4-5-ci yerləri bölüşdürür. Bu qrupun digər oyununda Serbiya evdə Lüksemburqla qarşılaşacaq.


Xal durumu: Portuqaliya - 10. Serbiya - 7. Lüksemburq - 6. İrlandiya - 0. Azərbaycan - 0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO