Azərbaycan yığması Tokio-2020 Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, bu uğura üzgüçü Vəli İsrafilov imza atıb.
O, arxası üstə 100 metr məsafəyə üzməkdə fərqlənib. Paraüzgüçümüz 1:04,86 nəticə ilə birinci yeri tutaraq, çempion tituluna yiyələnib.
Bununla da Azərbaycan millisinin Tokio-2020-dəki medallarının sayı 16-ya çatıb. Bu mükafatlardan 11-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür.
Bizim.Media