"Sultanlar" Avropa çempionatında rəqib tanımır – Yarımfinala vəsiqə qazandılar - VİDEO

Hazırda oxunan: "Sultanlar" Avropa çempionatında rəqib tanımır – Yarımfinala vəsiqə qazandılar - VİDEO

35064

Türkiyənin qadın voleybolçulardan ibarət voleybol yığması Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, "ay-ulduzlular" 1/4 finalda Polşanı 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, "sultanlar"ın AÇ-də qələbə seriyası 7-yə çatıb.

Bundan əvvəl Çexiyanı yolundan uzaqlaşdıran qardaş ölkə seçməsi D qrupu çərçivəsində keçirdiyi oyunlarda Rumıniya, Ukrayna, İsveç, Finlandiya və Niderlandı yenib. Türkiyəli xanımlar rəqiblərinə cəmi 2 set verib.

Covanni Quidettinin komandası yarımfinalda bu gün baş tutacaq Serbiya - Fransa qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyanın ev sahibliyi etdiyi Avropa çempionatına sentyabrın 4-də yekun vurulacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO