“Fənərbaxça” erməniəsilli futbolçunu heyətinə qatdı - FOTO

“Fənərbaxça” erməniəsilli futbolçunu heyətinə qatdı - FOTO

Hazırda oxunan: “Fənərbaxça” erməniəsilli futbolçunu heyətinə qatdı - FOTO

34995

İstanbulun “Fənərbaxça” klubu “Los Anceles”də çıxış edən uruqvaylı hücumçu Dieqo Rossi Maraçlyanı heyətinə qatıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi “Instagram” səhifəsi məlumat yayıb. 

Artıq futbolçunun İstanbula gəldiyi və tibbi müayinədən keçdiyi müəyyən edilib. Maraqlı məqam 23 yaşlı Dieqo Rossi Maraçlyanın anasının erməni olmasıdır.

Futbolçu hətta qardaşı ilə birlikdə 2019-cu ildə Ermənistan millisindən təklif də alıb. Buna münasibət bildirən Dieqo müsahibəsində “bu təklif anamın ailə tarixi üçün böyük bir qürurdur” cümləsini işlədib.

Maraçlyan əlavə edib ki, onun anasının qohumları uzun illər əvvəl “erməni soyqırımı” səbəbi ilə Uruqvaya köçüblər.

Onun bildirdiyinə görə, bütün bu “kədərli” tarixçəyə rəğmən o, Uruqvayda doğulub və böyüyüb, özünü məhz bu ölkəyə mənsub bilir və bu səbəbdən Uruqvay millisində çıxış etməyi qərara alıb.

Buna baxmayaraq Dieqonun 2002-ci il təvəllüdlü qardaşı Nikolas Maraçlyan Ermənistan Futbol Federasiyasının təklifini qəbul edib və bu ölkənin U-19 yığma komandasında çıxış edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO