"Araz Naxçıvan" əsas mərhələyə vəsiqə qazandı

Hazırda oxunan: "Araz Naxçıvan" əsas mərhələyə vəsiqə qazandı

34088

"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində üçüncü oyununu keçirib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu F qrupundakı sonuncu matçında Latviyanın "Raba" kollektivi ilə üz-üzə gəlib. Görüş "Araz-Naxçıvan"ın 8:4 hesablı qələbəsi ilə başa çatıb. 
 

MÖVZU İLƏ BAĞLI:

"Araz Naxçıvan" ilk görüşdə rəqibini darmadağın ETDİ 


Naxçıvan təmsilçisinin heyətində Maneka, Xətai Bağırov və Ramiz Çovdarov dubl edib. Digər qolları isə Pereyra Qonçalves Dos Santos və İsa Atayev vurublar. 

Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Araz Naxçıvan" qrupu ikinci pillədə başa vururaq, əsas mərhələyə vəsiqə qazanıb. Qrupda ilk sıranı isə Finlandiyanın “Kampuksen Dinamo” klubu tutub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO