\

\"Mən bura ehtiyatda qalmağa gəlmədim!\" - Məşhur klubda ilk BÖHRAN 

Hazırda oxunan: \"Mən bura ehtiyatda qalmağa gəlmədim!\" - Məşhur klubda ilk BÖHRAN 

34077

Yay transfer dönəminə nəhəng transferlərlə damğa vuran PSJ-nin ulduzlarla dolu heyəti idarə etməsi çətin olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə "Canal +"məlumat verib.

Leo Messini heyətinə qatan rən PSJ geniş heyətinin necə idarə ediləcəyini düşünərkən, AVRO-2020-nin ən dəyərli futbolçularından olan Canluici Donnarumma Fransa klubuna ehtiyatda oturmağa gəlmədiyini deyib: 

"PSJ məni transfer etmək istədi və buraya oynamaq üçün gəldim. Keylor Navas möhtəşəm qapıçıdır, amma rəqabət məni qorxutmur.

Burada yaxşı başlanğıca imza atmaq üçün əlimdən gələni edəcəm və Keylorla girəcəyim rəqabət məni böyüdəcək".

PSJ-nin 4:2 hesabı ilə qalib gəldiyi "Brest" səfərində Donnarumma ehtiyat heyətdə yer almışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO