Güləşçilərimiz dünya çempionatını 11 medalla başa vurublar

Güləşçilərimiz dünya çempionatını 11 medalla başa vurublar

Hazırda oxunan: Güləşçilərimiz dünya çempionatını 11 medalla başa vurublar

33788

Azərbaycanın pəhləvanları Rusiyanın Ufa şəhərində keçirilən gənc güləşçilər arasında dünya çempionatını 1 qızıl, 4 gümüş və 6 bürünc medalla başa vurublar. 

Bizim.Media xəbər verir ki, yunan-Roma güləşçilərimiz çempionatda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Qızıl medalı ölkəmizin aktivinə Həsrət Cəfərov (67 kq) yazdırıb.

Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) və Nihat Məmmədli (60) isə bürünc medallara sahib olublar.
 

MÖVZU İLƏ BAĞLI:

Güləşçilərimiz gümüş və bürünc medal qazandı


Çempionatın yekununda 101 xal toplayan yunan-Roma güləşi üzrə seçməmiz komanda hesabında Rusiya və İrandan sonra üçüncü pillədə qərarlaşıb. 

Sərbəst güləşçilərimiz isə ölkəmizin aktivinə 3 gümüş və 2 bürünc medal yazdırıblar. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramov (74 kq) ilə Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıblar. Yığmamız yekunda 122 xal toplayaraq, komanda hesabında İran, Rusiya və ABŞ millilərindən sonra dördüncü yeri tutub. 

Qeyd edək ki, sərbəst güləş üzrə yığmamız medalların sayına görə son beş ilin ən yaxşı nəticəsinə imza atıb.

Komanda sonuncu dəfə 2016-cı ildə Fransanın Makon şəhərində keçirilən gənclərin dünya çempionatında beş medal qazanıb. 

Qadın güləşçilərimizdən isə Jalə Əliyeva (59 ) və Birgül Soltanova (62 kq) çempionatı bürünc medalla başa vurublar. Komanda hesabında 44 xal qazanan qadın güləşçilərimiz 11-ci olublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO