"Araz Naxçıvan" ilk görüşdə rəqibini darmadağın ETDİ 

Hazırda oxunan: "Araz Naxçıvan" ilk görüşdə rəqibini darmadağın ETDİ 

33674

"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə start verib. 

Bizim.Media xəbər verir ki, son ölkə çempionu F qrupundakı ilk oyununda Cəbəllütariqin "Europa" kollektivi ilə üz-üzə gəlib. 

Latviyanın Salaspils şəhərində keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO