"Qarabağ"ın oyununa 10 mindən çox bilet SATILDI

Hazırda oxunan: "Qarabağ"ın oyununa 10 mindən çox bilet SATILDI

33568

Şotlandiyada "Aberdin" və "Qarabağ" klubları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa böyük maraq var.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 000 min nəfərlik azarkeş tutumuna malik "Pittodri" stadionunda oynanılacaq qarşılaşma üçün 10 000-dən artıq bilet satılıb.

Satışa ümumilikdə 18 000 bilet çıxarılıb. Qiymətlər 6 - 32 funt sterlinq arasında dəyişir.

Avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO