Tokio Paralimpiadasının alovu Tokioya gətirildi

Tokio Paralimpiadasının alovu Tokioya gətirildi

Hazırda oxunan: Tokio Paralimpiadasının alovu Tokioya gətirildi

33538

Avqustun 20-də XVI Paralimpiya Oyunları ərəfəsində Tokioda məşəl estafetinin son mərhələsi başlayıb.

Bizim.Media xəbər verir ki, bununla əlaqədar mərasim paytaxt meriyasının qarşısında baş tutub.

Mərasimdə Tokio prefekturasına daxil olan 62 bələdiyyədə yandırılan məşəllər “Tokio atəşi” adlı vahid kompozisiyada toplanıb.

Mərasimdə çıxış edən Tokio qubernatoru Yuriko Koike deyib: “Mən bu gün bu alovu toplamaqda əməyi olan hər kəsə çəkdikləri zəhmətə görə minnətdaram. Ümid edirəm ki, avqustun 24-də başlayacaq Paralimpiada uğurlu və təhlükəsiz olacaq”.
 

Həmçinin bildirilir ki, bu gün axşam Akasaka sarayında təşkil ediləcək ikinci mərasimdə Yaponiyanın 47 prefekturasından gətirilən alovlar bir yerə toplanacaq. Həmin mərasimdə Baş nazir Yoşihide Suqa da iştirak edəcək.


Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçirilib və yarışların əksəriyyətinə tamaşaçılar buraxılmayıblar.

Yaponiya paytaxtında Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək təşkil ediləcək və bu yarışlara da azarkeşlər buraxılmayacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO