"Qarabağ" Konfrans Liqasında "Aberdin"lə qarşılaşacaq

Hazırda oxunan: "Qarabağ" Konfrans Liqasında "Aberdin"lə qarşılaşacaq

33308

“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, Konfrans Liqasında mübarizə aparan Ağdam klubu pley-offun ilk matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Şotlandiya təmsilçisi “Aberdin”lə görüşəcək. Qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Cari mövsümdə məğlub olmayan ağdamlılar uğurlu seriyanı böyük britaniyalılarla dueldə də davam etdirməyə köklənib. Ardıcıl 7 dəfə avrokubokların qrupuna düşən “Qarabağ” seriyanın davamı üçün ilk matçda uğurlu nəticə qazanmalıdır.

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO