Azərbaycan əsilli güləşçi Ukrayna prezidenti ilə görüşdü – FOTO

Azərbaycan əsilli güləşçi Ukrayna prezidenti ilə görüşdü – FOTO

Hazırda oxunan: Azərbaycan əsilli güləşçi Ukrayna prezidenti ilə görüşdü – FOTO

33143

Ukrayna prezidenti Vladimir Zelenski Tokio Olimpiadasında çıxış etmiş ölkənin Olimpiya yığmasını qəbul edib. Qəbulda yunan-roma güləşü üzrə 67 kq çəki dərəcəsində Olimpiadanın gümüş medalını qazanan 23 yaşlı həmyerlimiz Pərviz Nəsibov da iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan əsilli idmançı “Instagram”da məlumat verib.

O, səmimi görüşə görə dövlət başçısına minnətdarlığını bildirib.

Prezidentlə şəxsi tanışlığını özü üçün şərəf saydığını vurğulayan Pərviz  Zelenskinin iştirakı ilə Ukraynanın işıqlı gələcəyinin və çiçəklənməsinin təmin olunduğuna inandığını qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO