Azərbaycan Avropa birinciliyində daha iki qızıl medal qazandı - FOTO

Azərbaycan Avropa birinciliyində daha iki qızıl medal qazandı - FOTO

Hazırda oxunan: Azərbaycan Avropa birinciliyində daha iki qızıl medal qazandı - FOTO

33132

Azərbaycanın yeniyetmə cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində daha iki qızıl medal qazanıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, İslam Rəhimov (55 kq) finalda Rusiya təmsilçisi Samvel Mxitaryana qalib gələrək turnirin qalibi olub.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Olimpiya Komitəsinin medal qazanan idmançılara və məşqçilərə verəcəyi MƏBLƏĞ


Aydın Rzayev (60 kq) isə finalda israilli Yehonatan Vekslerə uduzaraq gümüş medalla kifayətlənib. Zahir Ağazadə (60 kq) israilli Aron Qaboru məğlub edərək üçüncü yeri tutub.

Ölkəmizin aktivinə digər qızıl medalı qızların yarışında Aydan Vəliyeva (48 kq) yazdırıb. O, finalda rumıniyalı Vanessa Toleaya qalib gələrək qitə birinciliyinin qalibi olub.

Yarışa 14 cüdoçu ilə qatılan komandamızın aktivində hazırda 3 qızıl, 1 gümüş və 2 bürünc medal var.

Daha əvvəl cüdoçumuz Xəyal Həsənov (50 kq) qitə birinciliyinin qızıl medalına sahib olub. Onunla eyni çəki dərəcəsində mübarizə aparan Babarəhim Mirzəyev isə bürünc medal qazanıb.

Avropa birinciliyi avqustun 19-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO