Olimpiya mükafatçısı Hacı Əliyevə BDU-nun diplomu verildi - FOTO

Olimpiya mükafatçısı Hacı Əliyevə BDU-nun diplomu verildi - FOTO

Hazırda oxunan: Olimpiya mükafatçısı Hacı Əliyevə BDU-nun diplomu verildi - FOTO

33009

Bakı Dövlət Universitetin (BDU) rektoru Elçin Babayev BDU-nun Hüquq fakültəsinin 2021-ci il məzunu, Azərbaycanın sərbəst güləşçisi, “Tokio-2020” Yay Olimpiya Oyunlarında ölkəmizə gümüş medal qazandıran Hacı Əliyevlə görüşüb.

BDU-dan Bizim.Media-ya bildirilib ki, rektor Elçin Babayev ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etdiyinə, olimpiadada əldə etdiyi yüksək nəticəyə görə Hacı Əliyevi təbrik edib.

Görüşdə rektor ölkəmizdə idmanın inkişafına dövlət qayğısından söhbət açaraq Azərbaycanın dünyada artıq idman ölkəsi kimi tanındığını, ölkəmizdə olimpiya hərəkatının sürətlə inkişaf etdiyini bildirib.

E.Babayev idmançı tələbənin nailiyyətlərini yüksək qiymətləndirərək, Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldırdığına görə H.Əliyevə təşəkkürünü bildirib, gələcək fəaliyyətində və peşəkar idman həyatında yeni uğurlar arzulayıb.

Hacı Əliyev göstərilən diqqətə, həmçinin dəyərli tövsiyələrinə, o cümlədən BDU-da təhsil alan gənc idmançılara göstərilən qayğıya görə rekror Elçin Babyevə təşəkkürünü bildirib.

Sonra rektor üçqat dünya və üçqat Avropa çempionu, “Tokio-2020” Olimpiya Oyunlarının gümüş mükafatçısı Hacı Əliyevə BDU-nun Fəxri fərmanını, həmçinin onun ali təhsil haqqında diplomunu və hədiyyə təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO