Mbappe Messi və Neymarın qatıldığı məclisə getmədi - SƏBƏB

Mbappe Messi və Neymarın qatıldığı məclisə getmədi - SƏBƏB

Hazırda oxunan: Mbappe Messi və Neymarın qatıldığı məclisə getmədi - SƏBƏB

32928

Parisin PSJ futbol klubunun yarımmüdafiəçisi Ander Errera 32 yaşını 14 avqustda qeyd edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “gazeta.ru” saytı yayıb.

Mənbə yazır ki, bayramda Erreranın Paris klubundakı tərəfdaşları, xüsusən Neymar, Keylor Navas, Angel Di Maria, Mauro İcardi, Marko Verratti, Leandro Paredes və yeni gələnlər - Lionel Messi, Sergio Ramos, Ashraf Hakimi və Jorginho Wijnaldum iştirak edib. Hücumçu Kilian Mbappe isə tədbirə gəlməyib.

Mətbuatda yayılan xəbərlərə görə, Mbappe PSJ ilə müqaviləni yeniləmək niyyətində deyil.

Fransız karyerasını davam etdirməsi üçün əsas variant kimi "Real Madrid”i seçib.

“Transfermarkt” portalına görə, Mbappe dünyanın ən bahalı futbolçusudur. Onun dəyəri 160 milyon avro qiymətləndirilir.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Paytaxt klubunun tərkibində dörd mövsüm ərzində o, 107 oyun keçirib, 91 qol vurub və 33 məhsuldar ötürmə verib. Fransa millisində Mbappe 38 matçda 16 qol vurub. Fransız karyerasında bütün turnirlərdə 273 matçda qapılardan 117 qol keçirib.

Kilian 2018-ci ildə Rusiyada keçirilən Dünya Kubokunda Fransa millisinin tərkibində 19 yaşında dünya çempionu olub.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO