ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi - "Saint Louis Rapid and Blitz 2021" turniri davam edir.
Bizim.Media xəbər verir ki, Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov rapid turnirinin son 3 turunda mübarizə aparıb.
Şahmatçımız 7-ci turda ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edib, onun həmyerlisi Fabiano Karuanaya isə 8-ci turda uduzub. Doqquzuncu turda macarıstanlı Riçard Rapportla heç-heçə edən şahmatçımız 8 xalla 7-ci olub.
ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura 12 xalla birinci yerdə qərarlaşıb.
Qeyd edək ki, turnir 9 rapid və 18 blits turdan ibarətdir. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edir.
Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:59 / 14.08.2021
Şəhriyar Məmmədyarov rapid yarışında 7-ci oldu
Hazırda oxunan: Şəhriyar Məmmədyarov rapid yarışında 7-ci oldu
Hazırda oxunan: Şəhriyar Məmmədyarov rapid yarışında 7-ci oldu
32617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.