Bu federasiya tamamilə yenidən təşkil olunacaq

Bu federasiya tamamilə yenidən təşkil olunacaq

Hazırda oxunan: Bu federasiya tamamilə yenidən təşkil olunacaq

32546

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) tamamilə yenidən təşkil olunacaq. 

Bizim.Media xəbər verir ki, qurumun prezidenti Cahangir Əsgərov bu barədə müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, həmçinin baş məşqçi Asif Məmmədov və baş katib Rizvan Rəsulov Federasiyada tutduqları vəzifələrdən kənarlaşdırılıblar. 

Federasiya işçilərinin məsuliyyətsiz münasibəti, eləcə də idmançılarımızın antidopinq qaydalarına məhəl qoymaması Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən ciddi cərimə sanksiyalarının tətbiq edilməsinə səbəb olub. 
 
Təkcə son dövrdə Beynəlxalq və Avropa Ağır Atletika Federasiyaları tərəfindən altı dəfə Azərbaycanın ağır atletika idmançılarının dopinqdən istifadə halları qeydə alınıb. 

“Atılan addımlar və görülən tədbirlər müsbət nəticəyə gətirib çıxarmayıb və vəziyyəti düzəltməyib. Bununla əlaqədar Azərbaycan Ağır Atletika Federasiyasının tamamilə yenidən təşkili haqqında qərar qəbul etmişəm. Ümid edirəm ki, bu dəyişikliklər gələcəkdə bizə daha yaxşı idman nəticələrinə nail olmağa kömək edəcək”, - deyə Cahangir Əsgərov bildirib. 

Onun sözlərinə görə sentyabrın sonunadək Federasiyanın yeni baş məşqçisi və baş katibi təyin ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO