“Qalatasaray” Avropa Liqasında pley-offa yüksəldi - VİDEO

“Qalatasaray” Avropa Liqasında pley-offa yüksəldi - VİDEO

Hazırda oxunan: “Qalatasaray” Avropa Liqasında pley-offa yüksəldi - VİDEO

32464

Avropa Liqasında III təsnifat mərhələsi davam edir.

Bizim.Media xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubu “Sent Conston”la cavab oyununu keçirib.

İstanbulda 1:1 hesablı heç-heçəylə kifayətlənən “sarı-qırmızılar” rəqib meydanında inamlı qələbə qazanıblar. 4:2 hesabı ilə qalib gələn “Qalatasaray”ın qollarına Mbaye Diaqne, Muhammet Akturkoğlu, Sofian Fequli və Emre Kılınc imza atıblar.

Avropa Liqasının pley-offuna yüksələn “Qalatasaray” bu raundda Danimarka təmsilçisi “Randers”lə qarşılaşacaq. Türkiyəlilər öncə səfərdə, sonra evdə meydana çıxacaq.

Qeyd edək ki, pley-offun oyunları avqustun 19-da və 26-da keçiriləcək.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO