"Qarabağ" klubundan azarkeşlərə MÜRACİƏT

Hazırda oxunan: "Qarabağ" klubundan azarkeşlərə MÜRACİƏT

32358

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda bu gün Bakıda Kiprin AEL komandası ilə qarşılaşacaq "Qarabağ" azarkeşlərinə müraciət edib.

Bizim.Media xəbər verir ki, tərəfdarlara görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionuna girişi matç saatına saxlamamaq tövsiyə olunub.

"Qapılar saat 18:00-da açılacaq. Stadion önündə sıxlığın yaranmaması üçün azarkeşlərimizdən yerlərini öncədən tutmalarını xahiş edirik", - müraciətdə bildirilib.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq. İlk oyunda qalib müəyyənləşməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO