İrina Zaretska: Çempion olmaq üçün 1 saniyəm yetmədi

İrina Zaretska: Çempion olmaq üçün 1 saniyəm yetmədi

Hazırda oxunan: İrina Zaretska: Çempion olmaq üçün 1 saniyəm yetmədi

32335

“Olimpiadaya dünya reytinqinin ikincisi kimi lisenziyanı qazandın. Çox həyəcanlanırdım”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan karateçisi İrina Zaretska deyib. 

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı bu gün Yaponiyadan Bakıya qayıdıb. O, qarşılanma mərasimində jurnalistlərə açıqlamasında yarış barədə danışıb:

“Təsəvvür edə bilməzsiniz ki, öz gücünü biləndə necə qalib gəlmək istəyirsən. Bu da həyəcan yaradırdı. Həyəcanlanma gücümü çox alırdı. Yarımfinal çox ağır və yaddaqalan oldu. Həlledici zərbə ilə 7:2 hesablı qələbə qazandım. Mənə görə həyəcanlanan valideynlərimin, dostlarımın emosiyalarını, necə sevindiklərini gördüm. Finalda taktikam fərqli idi. Əvvəl daha fəal döyüşürdüm. Amma bu dəfə fəal olsaydım, xallar buraxa bilərdim. Bir az alınmadı. Hakim və bəxtsizlik amili oldu. Mümkün olan hər şeyi etdim. Son saniyəyə qədər döyüşdüm. Sonda Avropa Oyunlarındakı öz həlledici zərbəmi də endirdim”. 

Zaretska çempionluq üçün 1 saniyənin yetmədiyini qeyd edib:  

“Amma mənə qızıl medal üçün 1 saniyə çatmadı. Bu medal da mənim üçün çox yaxşıdır. Medal sizin üçün, mənim üçündür. Sizə, Azərbaycana mənə azarkeşlik etdiyiniz üçün təşəkkür edirəm. Finaldan sonra dəstək sözləri yazan, sakitləşdirən hər kəsə minnətdaram. Bunlar ürəyimi oxşayır, göz yaşlarıma səbəb olurdu”. 

İrina gələcək planlarından da danışıb:  

“Hələ gəncəm, karyeramı davam etdirəcəyəm. Qarşıda dünya çempionatı olacaq. Karate yenidən Olimpiada proqramına daxil edilsə, mütləq ora da gedəcəyəm. Baş məşqçimə də demişdim, bu yarışdan sonra heç nədən həyəcanlanmıram, qorxmuram. Bu, ən yüksək səviyyə idi. Bundan sonra elə özünəinam hissi gəlir ki, gedib tatamidə hamını parçalaya bilərsən. Dünya çempionatında daha yaxşı formada olacam. Olimpiya Oyunları artıq arxada qalıb. Daha rahat döyüşmək olacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO