Şahmatçımız Günay Məmmədzadə erməniyə qalib gəldi – İNAMLI START

Şahmatçımız Günay Məmmədzadə erməniyə qalib gəldi – İNAMLI START

Hazırda oxunan: Şahmatçımız Günay Məmmədzadə erməniyə qalib gəldi – İNAMLI START

31976

Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı start götürüb.

Bizim.Media xəbər verir ki, 29 ölkədən 117 şahmatçı iştirak edən qitə birinciliyində yarışan 10 şahmatçımız - Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Zeynəb və Türkan Məmmədyarova bacıları, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla, Ayan Allahverdiyeva və Nəsrin Babayeva dünən ilk oyunlarını keçiriblər.

Günay Məmmədzadə erməni Mariya Qevorgyanı 43-cü gedişdə təslim olmağa vadar edib.

Bundan başqa, Ülviyyə Fətəliyeva Rumıniya şahmatçısı Stefani Matasarudan, Zeynəb Məmmədyarova italiyalı Diana Mirzadan, Gülnar Məmmədova slovakiyalı Stella Sankovadan, Gövhər Beydullayeva rumıniyalı Petronella Parasçivdən üstün olub. İlk turda qarşılaşan iki xanım şahmatçımızın - Xanım Balacayeva ilə Ayan Allahverdiyevanın duelindən isə birinci qalib ayrılıb.

Xəyalə Abdulla ilə Aureliana Pancu (Rumıniya) və Türkan Məmmədyarova ilə Ronit Levitan (İsrail) xalları yarı bölüblər. Nəsrin Babayeva isə yarışa məğlubiyyətlə başlayıb ki, o, Rumıniya şahmatçısı Miruna Lehaçiyə uduzub.

Bu gün 2-ci turun oyunları keçiriləcək.

Qeyd edək ki, qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu isə 60 min avro təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO