Türk karate hakimi sosial mediada təhdid edildi - SƏBƏB

Türk karate hakimi sosial mediada təhdid edildi - SƏBƏB

Hazırda oxunan: Türk karate hakimi sosial mediada təhdid edildi - SƏBƏB

31866

Tokio-2020 olimpiadasında səudiyyəli idmançının diskvalifikasiyasını elan edən türkiyəli hakim Uğur Kobaş ölüm təhlükəsi ilə üz-üzə qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə türkiyəli hakim özü məlumat yayıb.

O, Səudiyyə Ərəbistanını təmsil edən Tareq Hamedini diskvalifikasiya etdikdən sonra ailəsi ilə birlikdə sosial mediada təhdid edilib.

Uğur Kobaş açıqlaması zamanı qeyd edib ki, səudiyyəli idmançının qaydalardan kənara çıxması və bunun elan edilməsi təkcə onun qərarı olmayıb:

"Qarşılaşmanın yan hakimlərini topladıq və vəziyyəti qiymətləndirdik. Onlar da eyni fikirdə olduqlarını açıqladılar. Həkimlər və hakimlərin birgə qəbul etdiyi qərarı elan etmək mənə düşdü".

Qeyd edək ki, ötən gün Tokioda keçirilən 75 kiloqramdan artıq çəki dərəcəsində karate yarışları zamanı Səudiyyə Ərəbistanını təmsil edən Tareq Hamedi ilə iranlı Səccad Qənizadeh arasında final görüşü baş tutub. Səudiyyəli idmançı qaydaları pozduğu üçün yarışdan kənarlaşdırılıb və iranlı idmançı qalib elan olunub. Lakin bu qərar səudiyyəli azarkeşlərin xoşuna gəlməyib.

Matçın sonunda türkiyəli hakim sosial media hesablarında 300 mindən çox təhdid mesajı alıb.

Təcrübəli hakim bu təhdidlərin həyat yoldaşına və oğluna da çatdığını söyləyib:

"Əlavə olaraq sosial media hesablarıma sistemli şəkildə hücum edilir. Hesabları ələ keçirməyə çalışırlar. Həyatımda ilk dəfədir ki, belə bir vəziyyətlə qarşılaşıram. Ancaq vicdanım təmizdir, çünki haqlı olduğumu bilirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO