Avropa çempionatında qadın şahmatçılarımız mübarizəyə başladı

Avropa çempionatında qadın şahmatçılarımız mübarizəyə başladı

Hazırda oxunan: Avropa çempionatında qadın şahmatçılarımız mübarizəyə başladı

31857

Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı start götürür.

Bizim.Media xəbər verir ki, qitə birinciliyində 29 ölkədən 117 şahmatçı iştirak edəcək.

Ölkəmizi Avropa çempionatında 10 şahmatçı - Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Zeynəb və Türkan Məmmədyarova bacıları, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla, Ayan Allahverdiyeva və Nəsrin Babayeva təmsil edəcək.

Bu gün çempionatın ilk turunun oyunları keçiriləcək. Şahmatçılarımız Günay Məmmədzadə Mariya Qevorgyan (Ermənistan), Gülnar Məmmədova Stella Sankova (Slovakiya), Xanım Balacayeva Ayan Allahverdiyeva, Türkan Məmmədyarova Ronit Levitan (İsrail), Gövhər Beydullayeva Petronella Parasçiv (Rumıniya), Zeynəb Məmmədyarova Diana Mirza (İtaliya), Nəsrin Babayeva Miruna Lehaçi (Rumıniya), Xəyalə Abdulla Aureliana Pancu (Rumıniya), Ülviyyə Fətəliyeva Stefani Matasaru (Rumıniya) ilə oynayacaq.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu isə 60 min avro təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO