Arda Turandan duyğusal Messi paylaşımı - FOTO

Arda Turandan duyğusal Messi paylaşımı - FOTO

Hazırda oxunan: Arda Turandan duyğusal Messi paylaşımı - FOTO

31855

Futbol tarixinin ən yaxşılarından hesab olunan Lionel Messi 21 il formasını geyindiyi "Barselona"ya göz yaşları ilə vida edib.

Bizim.Media xəbər verir ki, argentinalı ulduzun keçmiş komanda yoldaşlarından olan Arda Turan əfsanəvi futbolçu üçün duyğusal paylaşım edib:

"Səninlə tanış olmaq və böyük klubda eyni paltardəyişmə otağını, eyni meydanı bölüşmək mənim üçün qürurverici idi. Sadəcə meydanda deyil, tarixin də ən yaxşısı idin və elə də qalacaqsan. Məni qarşılamağın və "Barselona"da çıxış etdiyim müddətdə mənə verdiyin hər şey üçün təşəkkür edirəm. Bu yeni mərhələdə sənə və ailənə ən xoş diləklərimi göndərirəm"

Qeyd edək ki, 2015-2017 illərində "Barselona"da çıxış edən Arda Turan 55 matçda meydanda olub.

Bizim.Media

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Arda Turan (@ardaturan)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO