Fransanın "Pari Sen-Jermen" (PSJ) futbol klubu avqustun 10-da Argentina yığmasının hücumçusu, İspaniyanın "Barselona" komandasından ayrılan Lionel Messinin təqdimat mərasimi üçün Eyfel qülləsini icarəyə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Football Transfers” məlumat yayıb.
Qeyd edilir ki, Parisin əsas görməli yeri artıq 2017-ci ildə Neymarın "Barselona"dan Fransa klubuna keçidi zamanı təqdimatı üçün istifadə olunub. Məlumata görə, avqustun 10-da PSJ Eyfel qülləsində Lionel Messini təqdim edəcək.
Bu arada məlum olub ki, Londonun "Tottenhem" klubu da Lionel Messi ilə müqavilə üçün daha bir iddiaçı olub. Bu barədə isə “Daily Express” bildirib. Mənbənin iddiasına görə, komanda hücumçu uğrunda PSJ ilə mübarizə aparacaq.
Qeyd edək ki, Argentina millisinin futbolçusu bir neçə gün əvvəl "Barselona” ilə yollarını ayırıb. Klub İspaniya çempionatının maliyyə qaydalarına görə 34 yaşlı futbolçu ilə yeni müqavilə bağlaya bilməyib.
Messi 2003-cü ildən "Barselona"da çıxış edib. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, 7 dəfə ölkə kubokunu, 8 dəfə isə Super Kuboku qazanıb.
Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu 3 dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.
Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:07 / 09.08.2021
PSJ Messinin təqdimatı üçün Eyfel qülləsini icarəyə götürdü
Hazırda oxunan: PSJ Messinin təqdimatı üçün Eyfel qülləsini icarəyə götürdü
Hazırda oxunan: PSJ Messinin təqdimatı üçün Eyfel qülləsini icarəyə götürdü
31795
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.