Bakının Səbael rayonu, 20-ci sahə adlanan yaşayış massivində bir müddət əvvəl tikilərək istifadəyə verilən “Yeni Şəhər” yaşayış kompleksində bir neçə həftədir ki, yenidən təmir-tikinti işləri başlayıb.
“Yeni Müsavat” qəzeti isə bu günkü sayında iddia edib ki, həmin kompleksi Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev tikdirib və burdakı evlərin çoxu mədəniyyət işçilərinə paylanılıb.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məsələyə münasibət bildirmək istəmədi və qeyd etdi ki, cənab nazir bu informasiyanı gülüşlə qarşılayıb.
Xəyal Əzizov
































































































