Olimpiya Oyunlarının Futbol üzrə qalibi müəyyənləşib 

Olimpiya Oyunlarının Futbol üzrə qalibi müəyyənləşib 

Hazırda oxunan: Olimpiya Oyunlarının Futbol üzrə qalibi müəyyənləşib 

31654

Braziliya futbol millisi Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub. 

Bizim.Media xəbər verir ki, 5 qat dünya çempionları finalda İspaniya ilə üz-üzə gəlib. 

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Görüşdə hesabı 45+2-ci dəqiqədə Mateus Kunya açıb. 61-ci dəqiqədə isə Mikel Oyarsabal bərəbərlik qoluna imza atıb. 

Əlavə vaxtda isə Cənubi Amerika təmsilçisinin heyətində Malkom 108-ci dəqiqədə qələbə qolunu vurub. 

Beləliklə, Braziliya seçməsi olimpiya çempionu olub. Komanda 2016-cı il Riodakı Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO