Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio Olimpiadasında bürünc medala sahib olub.
Bizim.Media xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə Monqolustan təmsilçisi Namuntsetseq Tsoqt Oçirə 10:0 hesabı ilə qalib gəlib və ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb.
“Pekin-2008”də bürünc, “London-2012” və “Rio-2016”da gümüş medal qazanan Mariya Stadnik ikiqat dünya, səkkizqat Avropa çempionudur.
O, “Bakı-2015” və “Minsk-2019” Avropa, “Bakı-2017” IV İslam Həmrəyliyi oyunlarının qalibidir.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:14 / 07.08.2021
Güləşçimiz Mariya Stadnik bürünc medal aldı
Hazırda oxunan: Güləşçimiz Mariya Stadnik bürünc medal aldı
Hazırda oxunan: Güləşçimiz Mariya Stadnik bürünc medal aldı
31632
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.