Xəbər verdiyimiz kimi, Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 4-cü medalı təmin edib.
Bizim.Media xəbər verir ki. buna 65 kq çəki dərəcəsində yer alan sərbəst güləşçi Hacı Əliyev nail olub.
3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda hindistanlı Bacranq Puniya üzərində 12:5 hesablı qələbə sayəsində finala yüksəlib.
Hacı Əliyev həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquroya qalib gəlsə, karyerasında ilk dəfə olimpiya çempionu olacaq. Məğlub olacağı təqdirdə isə o, gümüş medalla kifayətlənəcək.
Final görüşü avqustun 7-də keçiriləcək və İdman TV-də canlı yayımlanacaq.
Qeyd edək ki, Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarında 57 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:48 / 06.08.2021
Hacı Əliyevin final görüşü nə vaxtdır?
Hazırda oxunan: Hacı Əliyevin final görüşü nə vaxtdır?
Hazırda oxunan: Hacı Əliyevin final görüşü nə vaxtdır?
31476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.