Tokio-2020: Hacı Əliyev yarımfinala yüksəldi - Şərif Şərifov uduzdu - FOTO

Tokio-2020: Hacı Əliyev yarımfinala yüksəldi - Şərif Şərifov uduzdu - FOTO

Hazırda oxunan: Tokio-2020: Hacı Əliyev yarımfinala yüksəldi - Şərif Şərifov uduzdu - FOTO

31390

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, 65 kq-da çıxış edən idmançı 1/4 final mərhələsində qazaxıstanlı Daulet Niyazbekovla üz-üzə gəlib.

Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb. O, bu raundda hindistanlı Bacranq Puniya ilə güləşəcək.

Əliyev daha əvvəl seneqallı Adama Diattanı məğlubiyyətə uğradıb. 97 kq çəki dərəcəsində çıxış edən Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov isə 1/8 finalda Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayevlə üz-üzə gəlib.

Şərifov rəqibinə 0:5 hesabı ilə uduzub. Sadullayev finala yüksəlsə, Azərbaycan güləşçisi təsəlliverici görüşə qatılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO