Tokio-2020: Azərbaycan 77-ci sıradadır – MEDAL SİYAHISI

Tokio-2020: Azərbaycan 77-ci sıradadır – MEDAL SİYAHISI

Hazırda oxunan: Tokio-2020: Azərbaycan 77-ci sıradadır – MEDAL SİYAHISI

31349

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Bizim.Media xəbər verir ki, bu gün daha 27 dəst mükafat uğrunda mübarizə yekunlaşıb.

Azərbaycan yığması günü medalsız tamamlayıb. Bununla da millimizin Yaponiya paytaxtındakı mükafat sayı dəyişməz qalıb. Komandamızın üç bürüncü var. Bunları cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominqes və yunan-Roma güləşçisi Rafiq Hüseynov əldə edib.

Ümumilikdə Olimpiadanın arxada qalan hissəsində 269 medal dəsti sahibini tapıb. Medal sıralamasına Çin başçılıq edir. ABŞ ikinci, Yaponiya üçüncü sırada qərarlaşıb.

Ümumilikdə 88 ölkə təmsilçisi medal, 63-ü çempionluq yaşayıb. Azərbaycan yığması Misir və Meksika ilə birlikdə 77-ci yeri bölüşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO