Karate tarixində ilk olimpiya çempionu məlum oldu

Karate tarixində ilk olimpiya çempionu məlum oldu

Hazırda oxunan: Karate tarixində ilk olimpiya çempionu məlum oldu

31322

İspaniyalı Sandra Sançes karate üzrə ilk olimpiya çempionu kimi tarixə düşüb.

Bizim.Media xəbər verir ki, qadınlar arasında kata yarışlarına qatılan 30 yaşlı idmançı finalda yaponiyalı Kiyu Şimizunu məğlub edib. O, 28,06 xal, Şimizu 27,88 xal toplayıb.

Bürünc medalları isə Honq Konqdan olan Lau Qreys və İtaliya təmsilçisi Viviana Bottaro qazanıb.

Qeyd edək ki, karate olimpiadada ilk dəfə təmsil olunur. Azərbaycanı kumite növündə 3 nəfər təmsil edir. Onlardan Firdovsi Fərzəliyev (67 kq) bu gün mübarizə aparıb və qrup səddini keçə bilməyib. Rafael Ağayev (75 kq) avqustun 6-da, İrina Zaretska (+61 kq) avqustun 7-də çıxış edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO