“Hamıdan medal gözləyirdim. Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyevin (100 kq) yer tutacaqlarına ümid edirdim. Sadəcə, uğursuzluq zolağına düşdük”.
Bizim.Media xəbər verir ki, bu sözləri Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin istefaya göndərilən böyük məşqçisi Elxan Məmmədov səsləndirib.
Onun sözlərinə görə, heç kim tam gücü ilə vuruşmayıb:
“Millidə olan potensial bu deyil. 6 - 13 iyunda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında 3 çəki dərəcəsində - 60 kq, 66 kq və 73 kq-da təmsil olunmuşduq. Hər 3 çəkidə təmsil olunanlar medallar uğrunda güləşmişdi.
Bu, Azərbaycan cüdosunda bir səhifə idi. Hər kəs medal uğrunda yarışırdı. Bu, komandanın necə hazır olduğunu göstərir. Sadəcə, bu cür alındı”.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:41 / 04.08.2021
“Sadəcə, uğursuzluq zolağına düşdük” - İstefaya göndərilən böyük məşqçi
Hazırda oxunan: “Sadəcə, uğursuzluq zolağına düşdük” - İstefaya göndərilən böyük məşqçi
Hazırda oxunan: “Sadəcə, uğursuzluq zolağına düşdük” - İstefaya göndərilən böyük məşqçi
31161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.