"Neftçi" HİK-lə heç-heçə etdi - YENİLƏNİB

Hazırda oxunan: "Neftçi" HİK-lə heç-heçə etdi - YENİLƏNİB

31075

Bu gün Avropa Liqasındakı yeganə təmsilçimiz "Neftçi" turnirin 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, paytaxt klubu evdə Finlandiya HİK-i ilə qarşılaşıb. "Bakcell Arena"da keçirilən oyun 2:2 hesabı ilə başa çatıb. 

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 12-si Helsinkidə oynanılacaq. Cütün qalibi isə pley-off mərhələsində "Fənərbaxça" (Türkiyə) ilə üz-üzə gələcək.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi

3 avqust

21:00. "Neftçi" (Azərbaycan) - HİK (Finlandiya) - 2:2 

Qol: Buqrin, 59 (1:0), Riski, 61 (1:1), Jair, 65 (1:2), Emin Mahmudov, 80 (2:2)

Hakimlər: Uilyam Kollam, Devid Makgiçi, Şon Karr, Yuan Anderson

Bakı, "Bakcell Arena"

***

"Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

Bizim.Media xəbər verir ki, "Bakcell Arena"dakı qarşılaşma saat 21:00-da start götürüb.

MÖVZU İLƏ BAĞLI:

"Neftçi" və HİK komandalarının start heyətləri AÇIQLANDI


Matçı Şotlandiyadan olan FIFA refirisi Uilyam Kollum idarə edir.

Oyunun 15-ci dəqiqəsi gedir, hesab hələ açılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO