Rafiq Hüseynovun atası danışdı: “Bütün qohumlar bizə yığışmışdı”

Rafiq Hüseynovun atası danışdı: “Bütün qohumlar bizə yığışmışdı”

Hazırda oxunan: Rafiq Hüseynovun atası danışdı: “Bütün qohumlar bizə yığışmışdı”

31032

“Bürünc medal uğrunda görüşdə düşmən ölkənin idmançısı ilə çıxmışdı. İstər-istəməz narahat idik. Bu qələbəyə çox sevindik. Rafiqə halal olsun. Bütün qohumlar bizə yığışmışdı. Anası da özünü çox narahat hiss edirdi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan Azərbaycan güləşçisi Rafiq Hüseynovun atası Radik Hüseynov səsləndirib.

Onun sözlərinə görə, əsas gərginliyi yaradan oğlunun rəqibinin erməni Karapet Çalyan olması idi:

“Rafiq illərdir mötəbər yarışlarda iştirak edir. Həmişə həyəcan olub. Ailə, dostlar, yaxınlar həmişə birgə gözləmişik. Bu dəfə fərqli idi. Bizim üçün neçəqat çətin oldu. İlk hissədə hesabda geri düşməsinə baxmayaraq, qələbəsinə inamımızı itirmədik. İdmanda əsas yekun nəticədir. Kimin əli yuxarı qalxırsa qalib də odur”. (apasport.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO