Avropa Liqası:

Avropa Liqası: "Neftçi" bu gün Bakıda Finlandiya klubu ilə görüşəcək

Hazırda oxunan: Avropa Liqası: "Neftçi" bu gün Bakıda Finlandiya klubu ilə görüşəcək

30953

"Neftçi" bu gün UEFA Avropa Liqasında ilk oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, "ağ-qaralar" Bakıda Finlandiyanın HİK (Helsinki) komandası ilə qarşılaşacaq. 

"Bakcell Arena"da oynanılacaq görüş saat 21:00-da başlayacaq. Matçı Şotlandiyadan olan FIFA refirisi Uilyam Kollum idarə edəcək.

Paytaxt təmsilçisinin heyətində zədəli Namik Ələskərov və cəzalı Mert Çelik meydana çıxa bilməyəcək.

Qeyd edək ki, komandalar cavab qarşılaşaması avqustuna 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-offda Türkiyə "Fənərbağça"sı ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibinə rəqib olacaq.

UEFA Avropa Liqası, III təsnifat mərhələsi

İlk oyun

3 avqust

21:00. "Neftçi" - HİK (Helsinki, Finlandiya)

Hakimlər: Uilyam Kollum, Devid Makgiçi, Şon Karr, Yuan Anderson (Şotlandiya)

Bakı. "Bakcell Arena"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO