Konfrans Liqası:

Konfrans Liqası: "Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli oldu

Hazırda oxunan: Konfrans Liqası: "Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli oldu

30892

Azərbaycanın avrokuboklardakı digər təmsilçisi "Qarabağ"ın da UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi III raundda Kipr AEL-ini üstələyəcəyi təqdirdə, növbəti mərhələdə "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Köhlən atlar" ilk görüşünü Bakıda oynayacaq.

Azərbaycanın avrokuboklardakı təmsilçisi "Neftçi"nin də potensial rəqibi bilinib.

"Ağ-qaralar" Avropa Liqasının III raundunda Finlandiya HİK-ini keçə bilməsə, Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilk matçı evdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 19 və 26-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO