“Davam” Gənclər Hərəkatı və Azərbaycan Çimərlik Futbol Federasiyasının birgə təşkilatçılığı, Adidas Park Bulvar və "Motivator Azerbaijan"ın dəstəyi ilə Su İdman Sarayında ilk dəfə keçirilən "Gənclərin Çimərlik Futbolu Kuboku"nun final mərhələsi baş tutub.
Bizim.Media xəbər verir ki, turnirin final mərhələsində deputatlar Aydın Mirzəzadə, Ramin Məmmədov, Vüqar İskəndərov, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidenti Fərid Novruzi, "Motivator Azerbaijan"ın rəhbəri Rüfət Həsənov oyunu tribunadan izləyiblər.
Həyəcanlı keçən qarşıdurma nəticəsində qaliblər müəyyənləşib. Nəticələrə əsasən, "Turan" 3-cü, "Baku City" 2-ci, "8 Microdistrict" 1-ci yerə layiq görülüb.
Komandalar diplom və medallarla təltif edilib.
Qeyd edək ki, ilk dəfə baş tutan “Gənclərin Çimərlik Futbolu Kuboku” layihəsinin məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi və asudə vaxtlarının səmərəli keçirilməsidir.
Bizim.Media