"Qarabağ" bu gün İsraildə "Aşdod"la top qovacaq

Hazırda oxunan: "Qarabağ" bu gün İsraildə "Aşdod"la top qovacaq

30308

Premyer Liqanın vitse-çempionu “Qarabağ” bu gün növbəti sınağına çıxacaq.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Aşdod”la görüşəcək.

Bakıda rəqibinin müqavimətini qıra bilməyən Qurban Qurbanovun yetirmələri İsraildə qələbə qazanmağa çalışacaq. Heyətlə bağlı ciddi problemləri olan təmsilçimiz son 7 ildə olduğu kimi yenə qrupda oynamaq üçün ilk addımı atmalıdır.

Avrokuboklar tarixində ilk qələbəsini İsraildə əldə edən “Qarabağ” bu ölkəyə yenə ümidli yollanıb. Səfər qələbəsi son illərdəki uğurunu təkrarlaması üçün vacibdir.

Qeyd edək ki, “Aşdod” – “Qarabağ” cütünün qalibi III təsnifat mərhələsində AEL (Kipr) – “Vlajniya” (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.

Konfrans Liqası

II təsnifat mərhələsi, cavab oyunu

29 iyul

21:00. “Aşdod” (İsrail) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Novak Simoviç (Serbiya)

Aşdod. “Jabotinski” stadionu

İlk oyun – 0:0

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO