Azərbaycan çempionu “Neftçi” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, Bakı klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Paytaxt təmsilçisi öz meydanında Yunanıstan “Olimpiakos”u ilə görüşəcək. Namik Ələskərovla Mert Çelikin xidmətindən məhrum olan Samir Abasov yetirmələrini qələbə üçün meydana çıxaracaq.
Səfərdə 0:1 hesabı ilə uduzan “Neftçi” mütləq qalib gəlməlidir. Tur adlamaq üçün “ağ-qaralar” 2 top fərqi ilə qələbə qazanmalıdır. Minimal fərq cütün taleyini penaltilər seriyasına daşıyacaq.
Pireylilərlə görüş çempionumuzun avrokubok taleyinə də aydınlıq gətirəcək. Bakılıların III təsnifat mərhələsini harada keçirməsi bu görüşdən asılıdır. “Olimpiakos” səddi keçilsə, təmsilçimiz yoluna Çempionlar Liqasında davam edəcək. Cütdə uduzan komanda isə Avropa Liqasına yollanacaq.
Qeyd edək ki, III təsnifat mərhələsi avqustun 3-4-də və 10-da keçiriləcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
21:00. “Neftçi” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)
Baş hakim: Rikardo de Burqos (İspaniya)
Bakı. “Bakcell Arena”
İlk oyun – 0:1
Bizim.Media
- A-
- A
- A+
İdman
09:15 / 28.07.2021
Çempionlar Liqası: "Neftçi" bu gün "Olimpiakos"la üz-üzə gələcək
Hazırda oxunan: Çempionlar Liqası: "Neftçi" bu gün "Olimpiakos"la üz-üzə gələcək
Hazırda oxunan: Çempionlar Liqası: "Neftçi" bu gün "Olimpiakos"la üz-üzə gələcək
30187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.