"Dedim ki, o, daha çox məsuliyyət daşıyır"

Hazırda oxunan: "Dedim ki, o, daha çox məsuliyyət daşıyır"

30175

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri futbolçusu Kriştiano Ronaldo haqqında danışıb.

Bizim.Media klubun Tvitter hesabına istinadla xəbər verir ki, 53 yaşlı mütəxəssis 36 yaşlı hücumçunu tərifləyib:

"Gənc oyunçularımız çoxdur. Onlar kluba dəyər qatırlar və "Yuventus"un gələcəyidirlər. Gənclər üçün nümunə olacaq təcrübəli futbolçular kimi Kyellini, Bonuççi və Ronaldo var.

Kriştiano çempion və ağıllı bir adamdır. Dünən onunla  danışdım. Ronaldoya dedim ki, bu, vacib mövsümdür və o, daha çox məsuliyyət daşıyır. Çünki komanda gəncdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO