Tokio-2020: 17 idmançımız mübarizəni dayandırdı

Tokio-2020: 17 idmançımız mübarizəni dayandırdı

Hazırda oxunan: Tokio-2020: 17 idmançımız mübarizəni dayandırdı

30128

Azərbaycanın daha 2 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub. 

Bizim.Media xəbər verir ki, yarışın 4-cü günündə cüdoçu Murad Fətiyev və badmintonçu Edi Reski Dviçayo qüvvəsini sınayıb. 

81 kq çəki dərəcəsində yer alan Fətiyev 1/16 finalda Frederik Harris (Sierra Leone) ilə üz-üzə gəlməli idi.

Rəqibi qarşılaşmaya çıxmadığı üçün Azərbaycan cüdoçusuna texniki qələbə verilib. O, 1/8 finalda Monqolustan təmsilçisi Səid Mollayiyə uduzaraq, olimpiadada çıxışını medalsız başa vurub. 

Bununla da Tokio-2020-də mübarizəni dayandıran Azərbaycan idmançılarının sayı 17-yə çatıb. 

L qrupunda qərarlaşan Dviçayo isə ilk görüşündə vyetnamlı Tyen Min Nquenlə qarşılaşıb. Görüş Dviçayonun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Onun qrupda növbəti görüşü iyulun 28-də danimarkalı Anders Antonsenə qarşı olacaq. 

Qeyd edək ki, ilk üç yarış günündən sonra Azərbaycanın 16 idmançısı olimpiada ilə vidalaşıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO