“Tokio-2020”: Cüdoçu Murad Fətiyev səkkizdəbir finala çıxdı 

“Tokio-2020”: Cüdoçu Murad Fətiyev səkkizdəbir finala çıxdı 

Hazırda oxunan: “Tokio-2020”: Cüdoçu Murad Fətiyev səkkizdəbir finala çıxdı 

30042

“Tokio-2020” Yay Olimpiya Oyunları davam edir. 

Bizim.Media xəbər verir ki, Olimpiadanın beşinci günündə - iyulun 27-də Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayıb.

Onaltıdabir final mərhələsində Murad Fətiyevin (81 kq) ilk rəqibi Frederik Harris (Sierra Leone) olub. Cüdoçumuzun rəqibi görüşə çıxmadığı üçün o, səkkizdəbir finala yüksəlib. 

Qeyd edək ki, cüdo komandamızın aktivində hələlik medal yoxdur. Cüdoçularımızdan ən yaxşı nəticəni Rüstəm Orucov (73 kq) qazanıb – 5-ci yer. 

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO