Bacı-qardaş eyni gündə olimpiya çempionu oldu

Bacı-qardaş eyni gündə olimpiya çempionu oldu

Hazırda oxunan: Bacı-qardaş eyni gündə olimpiya çempionu oldu

29857

Tokio-2020 Yay Olimpiya Oyunlarında yaponiyalı kişi cüdoçu Hifumi Abe və onun bacısı Uta Abe eyni gündə qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, H.Abe 66 kq, U.Abe isə 52 kq çəkidə olimpiya çempionu olub. 

Kişi cüdoçu finalda gürcüstanlı Vaja Marqvelaşvilini yenib. Bu çəkidə Azərbaycanı təmsil edən Orxan Səfərov elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.

Qadın tatami ustası isə həlledici qarşılaşmada fransalı Amandin Büşarı üstələyib.

Qeyd edək ki, Hifumi Abenin 24, Uta Abenin 21 yaşı var. Yaponiyalı bacı-qardaş 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında da eyni çəkidə qızıl medal qazanıb.

Eyni zamanda, H.Abe 2017-ci, U.Abe isə 2019-cu il dünya çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İndi onlar karyeralarında ilk dəfə olimpiya çempionluğu əldə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO