Azərbaycan yığmasının daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Bizim.Media-nın məlumatına görə, boks millimizin üzvü Cavid Çələbiyev yarışa start verib. 63 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz 1/16 final mərhələsində qüvvəsini sınayıb.
MÖVZU İLƏ BAĞLI:
44 idmançımızdan 8-i olimpiada ilə erkən vidalaşdı - SİYAHI
Cavid ilk döyüşündə Ukrayna boksçususu Yaroslov Hartsizlə görüşüb. Qarşılaşmanın ilk saniyələrindən fəallıq nümayiş etdirən dünya çempionumuz inamlı qələbə qazanıb - 5:0
O, 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.
Bizim.Media