Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Tokioda Atletlər kəndində olub.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin feysbuk səhifəsində qeyd edilib.
Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarına yollanan Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı vitse-prezident idmançılara yaradılan şəraitlə tanış olub.
Vitse-prezident bildirib ki, əsas idmançılarımız - güləşçilər, karateçilər, gimnastlar hələ Tokioya gəlməyib. MOK rəsmisinin sözlərinə görə,onların çıxışları olimpiadanın son günlərində olacaq:
"Bu gün açılışa buradakı idmançılarımız çıxacaq. Biz sabah yarışı olan idmançıları da mərasimə aparmayacağıq. 20-30 nəfərlik nümayəndə heyətimiz açılışda iştirak edəcək. Ümid edirəm ki, bu açılışda heyətimiz çox gözəl və təntənəli şəkildə bizim televiziya tamaşılarının qarşısından keçəcək".
Qeyd edək ki, bu gün açılış mərasimi olacaq Olimpiada avqustun 8-dək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:29 / 23.07.2021
“Sabah yarışı olan idmançıları Tokio-2020-nin açılışına aparmayacağıq” - Çingiz Hüseynzadə - FOTO
Hazırda oxunan: “Sabah yarışı olan idmançıları Tokio-2020-nin açılışına aparmayacağıq” - Çingiz Hüseynzadə - FOTO
Hazırda oxunan: “Sabah yarışı olan idmançıları Tokio-2020-nin açılışına aparmayacağıq” - Çingiz Hüseynzadə - FOTO
29588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.