“Keşlə” bu gün Soçidə top qovacaq

“Keşlə” bu gün Soçidə top qovacaq

Hazırda oxunan: “Keşlə” bu gün Soçidə top qovacaq

29435

Azərbaycan kubokunun qalibi "Keşlə” yeni mövsümə start verir. 

Bizim.Media xəbər verir ki, Bakı klubu Konfrans Liqasında mübarizəyə başlayır. 

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda turnirə II təsnifat mərhələsindən qoşulacaq. Paytaxt təmsilçisi Rusiyanın "Soçi” klubu ilə görüşəcək. 

İlk qarşılaşma Soçidə baş tutacaq. "Keşlə” cavab oyunu ərəfəsində rəqib meydanından sərfəli nəticə ilə qayıtmaq niyyətindədir. 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də keçiriləcək. 

22 iyul 

20.00 Soçi (Rusiya) - Keşlə (Azərbaycan)  

Baş hakim: Enea Yorci (Albaniya). 

Soçi. "Fişt" stadionu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO