“Qarabağ” Konfrans Liqasında mübarizəyə başlayır

“Qarabağ” Konfrans Liqasında mübarizəyə başlayır

Hazırda oxunan: “Qarabağ” Konfrans Liqasında mübarizəyə başlayır

0:00
0:00
29434

"Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq. 

Bizim.Media xəbər verir ki, son illərdə mövsümə Çempionlar Liqasında start verən Ağdam klubu bu dəfə Konfrans Liqasında mübarizəyə başlayacaq.

Qurban Qurbanovun yetirmələri mövsümün ilk matçını evdə keçirəcək. Ağdamlılar II təsnifat mərhələsində "Aşdod”la üz-üzə gələcək. 

İsrail klubu ilə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Ardıcıl 7 mövsüm avrokubokların qrupunda oynayan "Qarabağ” favoriti olduğu cütdə üstünlük qazanmaq üçün evdə inamlı qələbə əldə etməlidir. 

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftədən sonra İsraildə təşkil olunacaq. 

22 iyul 

20.00 Qarabağ (Azərbaycan) - Aşdod (İsrail) 

Baş hakim: Sergey Boyko (Ukrayna). 

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO