Cüdoçularımızın ilk rəqibləri bəlli oldu - Tokio-2020 

Cüdoçularımızın ilk rəqibləri bəlli oldu - Tokio-2020 

Hazırda oxunan: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu - Tokio-2020 

29432

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarının püşkü atılıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub. 

Kişilər: 

0 kq Kəramət Hüseynov - A. Mckenzie (Böyük Britaniya) 

66 kq Orxan Səfərov - M. Lombardo (İtaliya) 

73 kq Rüstəm Orucov - Musa Mogushkov (İOC, Rusiya) 

81 kq Murad Fətiyev - F. Harris (Sierra Leone) 

90 kq Məmmədli Mehdiyev - R. Macedo (Braziliya) / İ. Bozbayev (Qazaxıstan) cütünün qalibi 

100 kq Zelim Kotsoyev - A. İddır (Fransa) 

+100 kq Uşangi Kokauri - M. Sarnacki (Polşa) 
 
Qadınlar: 

48 kq Aişə Qurbanlı - C. Kosta (Portuqaliya) 

+78 kq İrina Kindzerska - İ. Marenko (Nikaraqua) / L. Ceric (Bosniya və Herseqovina) cütünün qalibi. 

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarına iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq olimpiadada 9 idmançı ilə təmsil olunur. Tatamiyə ilk olaraq Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq. Olimpiadada cüdo yarışları iyulun 31-də yekunlaşacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO